Bu gün səhər saatlarında İranın Şiraz şəhərinin cənub-şərqində yerləşən yaşayış massivinə raket zərbəsi endirilib.
Publika.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, hücum əsasən fəhlələrin və sosial yardım alan şəxslərin məskunlaşdığı bölgəni hədəf alıb. Zərbələr nəticəsində bir neçə yaşayış binası tamamilə dağılıb, mülki sakinlər arasında yaralananlar var.