AZ

Qazaxıstanda yeni Konstitusiya üzrə referendum keçirilir

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu üzrə ümumrespublika referendumu keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkə üzrə 10 mindən çox məntəqə istifadəyə verilib. 

 

Onlardan 622-si doğum evlərində, hərbi hissələrdə, tibb müəssisələrində və digər təşkilatlarda yerləşən xüsusi məntəqələrdir. Xüsusi məntəqələrdən 92-si saat 06:00-da, adi məntəqələr isə saat 07:00-da açılıb. Referendum saat 20:00-dək davam edəcək.

 

Səsvermə bülletenində “2026-cı il fevralın 12-də mediada dərc edilən Qazaxıstan Respublikasının yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?” sualı verilib. Cavablar: “Bəli, qəbul edirəm” və “Xeyr, qəbul etmirəm”.

 

Referendum Mərkəzi Komissiyasının məlumatına görə, siyahılara 12 milyon 461 796 vətəndaş daxil edilib. Daha 71 məntəqə 54 ölkədə Qazaxıstanın xarici nümayəndəliklərində yerləşir.

 

Yeni Konstitusiya layihəsinin əsas yeniliklərinə 145 deputatdan ibarət birpalatalı Parlament (Qurultay), Vitse-prezident institutu və “Qazaxıstan Xalq Şurası” daxildir.




 


Seçilən
43
11
senzor.az

10Mənbələr