AZ

Zərdabda 65 yaşlı kişidən səkkiz kiloqram narkotik vasitə aşkarlandı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zərdabda səkkiz kiloqram narkotik vasitə aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən səkkiz kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb. Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
27
oxu.az

10Mənbələr