AZ

Zərdabdan Bakıya 8 kq narkotik gətirən Elçin Əliyev saxlanıldı

Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb. 

 

Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Seçilən
24
37
senzor.az

10Mənbələr