AZ

“Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanında planlaşdırılan mərhələləri ləğv edilib

“Formula 1” çempionatının Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan mərhələləri ləğv edilib.

APA-nın xəbərinə görə, bu barədə “Formula 1”-in saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, Yaxın Şərqdə davam edən hadisələr səbəbindən vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra aprel ayında keçirilməsi nəzərdə tutulan Bəhreyn Qran-prisi və Səudiyyə Ərəbistanı Qran-prisi baş tutmayacaq. Müxtəlif alternativ variantlar nəzərdən keçirilsə də, nəticədə aprel ayı üçün təqvimdə heç bir əvəzləyici yarışın keçirilməməsi barədə qərar qəbul olunub.

Eyni zamanda “Formula 2”, “Formula 3” və “F1 Academy” yarışlarının da planlaşdırılmış tarixlərdə keçirilməyəcəyi açıqlanıb.

Seçilən
11
7
apa.az

8Mənbələr