AZ

Livan İsraillə birbaşa danışıqlara hazır olduğunu açıqlayıb

Livanın baş naziri və prezidenti rəsmi olaraq onilliklərdir müharibə vəziyyətində olduqları İsrail ilə birbaşa danışıqlara başlamağa hazır olduqlarını ifadə ediblər.

Teleqraf "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu qərar bölgədə diplomatik aktivliyin pik həddə çatdığı bir vaxtda qəbul edilib.

Livan rəhbərliyi bu addımla həm ölkənin cənubuna İsrailin quru müdaxiləsinin qarşısını almağı, həm də Beyrutun cənub məhəllələrinin tamamilə dağıdılması təhlükəsini sovuşdurmağı hədəfləyir.

Qeyd edək ki, İsrailin maliyyə naziri Bezalel Smotriç də daxil olmaqla, yüksək rütbəli siyasi liderlər ötən həftə Beyrutun cənubunun Qəzzadakı Xan Yunis şəhəri kimi yerlə-yeksan ediləcəyi ilə bağlı təhdidlər səsləndirmişdilər.

Diplomatik mənbələrin məlumatına görə, Fransa tərəfi hərbi əməliyyatların dayandırılması üçün xüsusi plan hazırlayıb. Bu planın ən mühüm və tarixi bəndi Livanın İsrail dövlətini rəsmən tanıması ehtimalıdır.

Planın digər əsas komponentləri aşağıdakılardır:

2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs şərtlərinə yenidən sadiqlik nümayiş etdirilməsi;

İsrail qoşunlarının Livanın cənubundan çıxarılması;

"Hizbullah"ın Litani çayından cənubdakı ərazilərdə tərksilah olunması.


Seçilən
27
1
azia.az

2Mənbələr