AZ

Zamanın hökmünə çarə yox...

Bu idarəetməyə tabe olmaq hər birimizin həyat borcumuz... Hər anının qiymətini bilib səmərəli istifadə etmək ömür salnaməsinin dayağıdır.
Səbr və ümid də zamanın tələbatlarına bağlansa da zəhmətsiz, fəaliyyətsiz, düşüncəsiz, əməlsiz, öyrəntisiz zaman boşluğa çevrilir.
Zamanın özümüzlə bağlı tarixini yazmaq iqtidarımızdan səmərəli istifadə etməyi unutmayaq. Həyatımızın da çox hissəsini zamanla bağlı yaş dövrü idarə etsə də bacarıqlarımızın təzadına da məruz qalmayaq.
Zaman bizi yalnız yaşımızla, bacarığımızla deyil, dünyəvi təlaşlar, mübarizələrlə də idarə edir.
Bu gün yalnız zamandan danışaq, zəmanədən deyil? Zəmanə də zamanın bir dövrü deyilmi?
Biz bunu uşaq olarkən hiss etmirik. Bizi idarə edirlər – həm insanlar, həm zaman...
Böyüdükçə idarəçiliyə yenə də tam mənsub olmasaq da, bu ehtiyacın mənsubluq qismini də boş buraxmırıq. Buraxmayaq da...
Zamana gözəl əməllərimiz yazılsın, peşmançılıqlar deyil...
Zamanın tələbatlarına da boyun əyməyi bacaraq. Bunların hər biri həyati borclardır.
Hər yaş dövrümüzə aid borclardan, imtahanlardan üzü ağ çıxaq.
Aydın məsələdir ki, hər zaman dediyim kimi, pisliklərlə mübarizəni də unutmayaq və onları qəlbimizə də yaxın buraxmayaq.
Dünyəvi mübarizələrlə şəxsi həyatımızda nə qədər oxşarlıq olsa da, zamanla və bacarıqla müəyyənləşir. Eyni zamanda dünyəvi təlabatın insani duyğulara uyğunlaşmağı ilə.. Zamanımız şeytanın da məhvini bizə göstərsin inşəAllah...

Sənubər Səhər


Seçilən
42
azia.az

1Mənbələr