Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son gündə 1 matç baş tutacaq.
A qrupunda NTD "Şəki" ilə üz-üzə gələcək.
Görüş Bakı İdman Sarayında, saat 17:00-da başlayacaq.
Hər iki kollektivin 20 xalı var. Turnir cədvəlində NTD 5-ci, "Şəki" isə sonuncu - 6-cı yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88), "Abşeron Lions" "Neftçi"ni (107:87), "Sabah" isə "Gəncə"ni (87:73) üstələyib.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.