İsrail ordusu "Hizbullah" hərəkatının obyektlərinə yeni zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, zərbələr Livanın müxtəlif bölgələrindəki hədəflərə endirilib.
Qeyd olunur ki, digər hədəflərlə yanaşı, İsrail istiqamətində buraxılışa hazır vəziyyətdə olan raket qurğuları və paytaxt Beyrutda "Radvan" xüsusi təyinatlı qüvvələrinin bir neçə qərargahı hücuma məruz qalıb.
İsrail hərbçilərinin qiymətləndirməsinə görə, "Hizbullah"a qarşı keçirilən hazırkı əməliyyat zamanı İsrail təşkilatın idarəetmə, maliyyə və silah ehtiyatları sahəsindəki imkanlarına ciddi ziyan vurmağa nail olub.