AZ

Real TV nin 8 yaşı tamam olur

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Bu gün Real TV-nin yaranmasının 8 ili tamam olur.

Globalinfo.az xəbər verir ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

Həmin tarixdən sentyabrın 16-dək Real TV hər gün saat 08:00-dan 02:00-dək 19 saat ərzində ölkə və dünya gündəmindən xəbər verib.

17 sentyabr 2018-ci ildən kanal fasiləsiz, yəni 24 saatlıq yayıma başlayıb.

23 aprel 2019-cu ildə Real TV Milli Televiziya və Radio Şurasının təşkil etdiyi müsabiqədə, ümumrespublika televiziya yayımı üzrə, ixtisaslaşmış xəbər kanalı açmaq üçün qalib seçilib. Bununla yanaşı, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika yayım kanalını açmaq üçün müddətsiz lisenziya təqdim edilib.

Real TV yalnız Azərbaycan tamaşaçılarına deyil, həmçinin dünyanın bir çox bölgələrinə gündəlik xəbər təqdim edir. Kanalda izləyicilər yerli və beynəlxalq xəbərləri, aktual mövzularda müzakirələri və təhlilləri izləyə bilirlər.

Kanal həm kabel şəbəkələri vasitəsilə, həm də peyk yayımı ilə yayımlanır.

Globalinfo.az komandası olaraq Real TV-ni təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
globalinfo.az

1Mənbələr