AZ

Qvardiola daha İPL-in ən yaxşı liqa olmadığını dedi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klublarının UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarındakı uğursuz çıxışlarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Əvvəl İngiltərə çempionatı dünyanın ən yaxşı liqası idi. Amma həftəiçi baş verənlərdən sonra belə demək olmaz. Mən istənilən halda, əminəm ki, inanılmaz liqamız var. Sadəcə daha yaxşı oynaya bilərdik".

Xatırladaq, MS səfərdə "Real Madrid"ə 0:3, "Tottenhem" "Atletiko Madrid"ə 2:5, "Liverpul" "Qalatasaray"a 0:1 hesabıyla uduzub. "Arsenal" isə qonaq qismində "Bayer Leverkuzen"lə bərabərə qalıb - 1:1.

Toğrul

Seçilən
5
1
fanat.az

2Mənbələr