AZ

DÇ-2026-da İran yığmasını bu milli komanda əvəz edə bilər

İran milli komandası futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyə bilər və bu halda onun yerini, çox güman ki, Asiya Futbol Konfederasiyasının (AFC) digər komandası tutacaq.

ESPN xəbər verir ki, əvəzetmə üçün ən real namizəd İraq yığması hesab olunur.
 

İraq millisi martın 31-də qitələrarası pley-offun finalında Boliviya - Surinam cütlüyünün qalibi ilə qarşılaşacaq. Əgər İraq bu oyunda məğlub olarsa, məhz o, İranın əvəzinə dünya birinciliyinə vəsiqə qazana bilər.


Əgər İraq yığması qalib gəlib pley-off vasitəsilə turnirə birbaşa vəsiqə qazanarsa, növbəti namizəd Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) komandası olacaq.

Xatırladaq ki, martın 11-də Yaxın Şərqdə alovlanan genişmiqyaslı münaqişə fonunda İranın idman naziri Əhməd Donyamali milli komandanın bu yay ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini bəyan edib.

Seçilən
0
2
news365.az

3Mənbələr