ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Britaniyalı aktyor Con Elford (əsl soyadı Şennon) həbsxanaya düşəndən iki ay sonra orada vəfat edib.
Oxu.Az xəbər verir ki, "The Guardian" qəzeti bu barədə Böyük Britaniyanın Həbsxana Xidmətinə istinadən məlumat yayıb.
Sənətçinin 54 yaşı var idi. O, 14 yaşlı qıza qarşı seksual hərəkətlər, habelə 15 yaşlı qıza qarşı cinsi zorakılıq və cinsi xarakterli zorakı hərəkətlər etdiyinə görə (hadisələrin hamısı 2022-ci ildə baş verib) bu ilin yanvarında məhkum edilmişdi.
Nəşrin yazdığına görə, C.Elford martın 13-də Norfolk qraflığındakı "HMP Bure" həbsxanasında dünyasını dəyişib. Qeyd olunur ki, həbsxana xidməti ölümün səbəbini açıqlamayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.