AZ

Nazir 2 ölkənin adını açıqladı: Bu ölkələr bizim strateji tərəfdaşlarımızdır!

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Rusiya və Çinlə strateji tərəfdaş olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, Tehran bu ölkələrlə uzun müddətdir sıx əməkdaşlıq edir və bu əməkdaşlıq, o cümlədən hərbi sahədə davam edir.“Keçmişdə bu ölkələrlə sıx əməkdaşlıq etmişik və bu əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq davam edir. Bu məsələ ilə bağlı detallara girmək istəmirəm”, – deyə, nazir vurğulayıb.

Əraqçi həmçinin ABŞ-ın İranın Xarq adasına hücumunu şərh edərək bildirib ki, Vaşinqton hücumları qonşu ölkələrin ərazilərindən həyata keçirib.

ABŞ-da yayımlanan MS NOW televiziya kanalına müsahibəsində o deyib: “Onlar bu hücumları qonşularımızın ərazilərindən həyata keçiriblər. İndi isə şübhəsiz ki, həmin ərazilərdən bizə raket hücumları üçün baza kimi istifadə olunur”.Nazirin sözlərinə görə, Tehran hücumları “anbaan” izləyib. O iddia edib ki, raketlərdən biri Ras əl-Xaymədən, digəri isə Dubaya çox yaxın bir ərazidən atılıb və hər ikisinin Birləşmiş Ərəb Əmirliklərinin ərazisindən buraxıldığı aydın görünür.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
icma.az

2Mənbələr