Müəyyən səhvlərə yol verdiyim üçün qızıl medal qazana bilmədim.
Bizim.Media xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kiloqram ) deyib.
O, rusiyalı rəqibi Alibek Amirovdan gələcəkdə revanş alacağını söyləyib:
"Səhvlərim üzərində işləyib qarşıdakı dünya çempionatında daha yaxşı olmaq istəyirəm. Orada qızıl medal əldə etməyi hədəfləyirəm".
Qeyd edək ki, Azərbaycan U-23 Avropa çempionatında indiyədək ümumilikdə 13 medal qazanıb.
Bizim.Media