AZ

Parisdə Çin ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pekin, 15 mart, AZƏRTAC

Parisdə Çin ilə ABŞ arasında iqtisadi və ticarət məsələlərinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu başlayıb.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Çin tərəfinə Baş nazirin müavini He Lifen, ABŞ tərəfinə isə isə maliyyə naziri Skott Bessent rəhbərlik edirlər. Paris danışıqları ABŞ Prezidenti Donald Trampın Çinə gözlənilən səfəri ərəfəsində baş tutur.

Qeyd edək ki, Donald Tramp ötən ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan sonra dünyanın iki böyük iqtisadiyyatı arasında yaranmış ticarət və rüsum mübahisələrinə dair Cenevrə, London, Stokholm, Madird və Kuala Lumpurda yüksəksəviyyəli danışıqlar keçirilib. Həmin danışıqlarda, habelə dövlət başçılarının ötən ilin sonunda Cənubi Koreyada keçirilmiş görüşündə müəyyən razılaşmalar əldə olunsa da, həllini gözləyən bir çox məsələ var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr