AZ

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

Far.Az APA-ya istinadən xəbər verir ki, orta yaşlı qadın Tovuz rayonunda yaşlı qadının evinə gəlib, çöldə qalıb.

Yaşlı qadın uşağı və anası evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.

Qeyd edək ki, körpənin anası Nuranə Əhmədova Mingəçevir şəhər sakinidir.

Azyaşlı isə 2026-cı il təvəllüdlü F.Əhmədovadır.

Polis araşdırma aparır.

Seçilən
23
3
far.az

10Mənbələr