AZ

KXDR Lideri artilleriya raket bölmələrinin təlimini izləyib

ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Lideri Kim Çen In qızı Kim Cu E ilə birlikdə uzaqmənzilli artilleriya bölmələrinin atəş təlimlərində iştirak edib.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, təlimə 12 ədəd 600 millimetr kalibrli ultradəqiq çoxsaylı raket buraxıcısı və iki artilleriya bölüyü cəlb olunub.

Məlumata görə, buraxılan raketlər Koreya yarımadasının şərq sularında təxminən 364,4 kilometr məsafədə yerləşən ada hədəfinə dəyib.

Qeyd edək ki, bu, KXDR-in son günlər 2-ci hərbi aktivliyidir. Şimali Koreya ötən gün Yapon (Şərq) dənizi istiqamətində 10-dan çox ballistik raket buraxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
yeniazerbaycan.com

6Mənbələr