AZ

İran ABŞ və İsrailin hücumlarının nəticələrini qiymətləndirdi

ABŞ və İsrail tərəfindən endirilən zərbələrin 40%-i Tehranın payına düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Mehr News Agency" məlumat yayıb.

Bildirilir ki, Tehran şəhərinin yanğınsöndürmə idarəsinin sözçüsünün sözlərinə görə, zərbələrin böyük hissəsi paytaxt ərazisinə düşüb.

Qeyd olunur ki, münaqişənin başlanğıcından bəri ABŞ və İsrailin hücumlarının nəticələrinin aradan qaldırılması əməliyyatlarında təxminən 5 min iranlı xilasedici və yanğınsöndürən iştirak edib.

Bundan əlavə, Əli Laricani bildirib ki, ABŞ İranın elektrik enerjisi istehsal müəssisələrinə hücum edərsə, Tehran buna cavab olaraq bütün Yaxın Şərqdə elektrik enerjisinin kəsilməsinə səbəb olacaq addımlar ata bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr