AZ

Karlson: “MKİ məniİranla əlaqəyə görə casus kimi qeyd etmək istəyir”



Amerikalı məşhur jurnalist Taker Karlson açıqlayıb ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onu xarici casus kimi qeyd etmək planları hazırlayır. Məlumatı Azad İran Teleqram kanalı yayıb. Karlson bildirib ki, ABŞ-ın İrana mümkün hücumu ərəfəsində İrandakı insanlarla əlaqələrinə görə ona qarşı hesabat hazırlanır. MKİ-nin planına görə, Xarici Agentlərin Qeydiyyatı Qanunundan istifadə edilərək onun fəaliyyəti rəsmi şəkildə xarici agent kimi təsnif edilə bilər. Jurnalist vurğulayıb ki, o, heç vaxt başqa ölkələrin maraqları üçün işləməyib və heç bir xarici hökumətdən pul almayıb. Eyni zamanda Karlson qeyd edib ki, onun İsrailə qarşı ictimai tənqidlərinin mümkün təqibin səbəbi ola biləcəyi istisna deyil. İradə SARIYEVA
Seçilən
25
baki-xeber.com

1Mənbələr