AZ

Qlobal elektromobil satışı 11 faiz azalıb

Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal elektrikli nəqliyyat vasitələrinin satışları fevral ayında 11 faiz azalıb.

Banco.az xəbər verir ki, dünya üzrə elektrikli avtomobil satışları fevral ayında 11 faiz azalaraq 1,1 milyon ədəd təşkil edib və bununla da azalma tendensiyası ardıcıl olaraq ikinci ay davam edib.

Londonda yerləşən məlumat analitikası şirkəti “Benchmark Mineral Intelligence” fevral ayına dair elektrikli avtomobil satış göstəricilərini açıqlayıb.

Məlumata görə, ötən ay dünyada 1,1 milyon ədəd elektrikli avtomobil satılıb. Satışlar fevral ayında həm aylıq, həm də illik müqayisədə 11 faiz azalıb. Elektrikli avtomobil satışlarında müşahidə olunan azalma meyli yanvar ayından sonra fevral ayında da davam edib.

Cari ilin yanvar–fevral dövründə dünyada satılan elektrikli avtomobillərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 2,2 milyon ədəd səviyyəsində qeydə alınıb.

Çində satışlar ilin ilk iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz azalaraq 1,1 milyon ədəd təşkil edib. Ölkədə fevral ayındakı satışlar isə ötən ilin eyni ayı ilə müqayisədə 32 faiz geriləyib.

Çində elektrikli avtomobil bazarında 2014-cü ildən bəri ilk dəfə tətbiq edilən alış vergisi və mübadilə proqramında aparılan dəyişikliklərin təsiri hiss olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
banco.az

2Mənbələr