AZ

Tovuzda ana 3 aylıq körpəsini ataraqyoxa çıxdı


Tovuzda yaşlı qadının evində körpəsini atıb gedən ananın şəxsiyyəti məlum olub.

"Unikal"ın məlumatına görə, körpənin anası Nuranə Əhmədova Mingəçevir şəhər sakinidir.

Azyaşlı isə 2026-cı il təvəllüdlü F.Əhmədovadır.

Polis araşdırma aparır.

***


Tovuz rayonunda ana azyaşlı körpəsini ataraq yoxa çıxıb.

“Unikal”ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Məlumata əsasən, orta yaşlı qadın Tovuzda yaşayan yaşlı bir qadının evinə gələrək gedəcək yeri olmadığını və çöldə qaldığını bildirib. Yaşlı qadın isə onu və 3 aylıq körpəsini evinə qəbul edib.

Bir müddət sonra ana körpəni evdə qoyaraq mağazaya getdiyini deyib və evdən çıxıb. Lakin o, bir daha geri qayıtmayıb.

Ana uzun müddət qayıtmadığından şübhələnən yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, körpənin vəziyyəti normaldır. Onun sığınacağa yerləşdirilməsi nəzərdə tutulur.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.


Seçilən
27
3
medicina.az

7Mənbələr