AZ

İki tramvay toqquşub, 25 nəfər xəsarət alıb

Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.

Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.

Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Seçilən
13
4
konkret.az

8Mənbələr