Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Dünyanın ən böyük aktiv idarəçisi olan BlackRock bəzi kredit fondlarında investorların pul çıxarmasına məhdudiyyət tətbiq edib. Oxşar addımı təxminən 1,3 trilyon dollar aktiv idarə edən Blackstone da ataraq çıxarışlara limit qoyub. Bundan əlavə, Blue Owl Capital-a məxsus Blue Owl OBDC II fondu investorların vəsait çıxarmasını tam dayandırıb. Analitiklər bildirirlər ki, bu qərarlar "private credit" bazarında likvidlik problemlərinin artdığını və investorların risklərə qarşı daha ehtiyatlı davranmağa başladığını göstərir.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumilikdə, yayılan “BlackRock, Blackstone və Blue Owl şirkətlər investorların pullarını çıxarmasına qadağa qoyub” fikri tamamilə yanlış deyil, amma dəqiq izahat tələb edir, çünki söhbət ümumi nağd pul çıxarmaq qadağasından yox, xüsusi fond strukturlarında likvidlik məhdudiyyətlərindən gedir: “BlackRock həqiqətən bu yaxınlarda özəl kredit bazarında idarə etdiyi böyük fondlardan birində investorların pul çıxarmasına məhdudiyyət tətbiq edib. Belə ki, onun təxminən 26 milyar dollardlıq HPS Corporate Lending Fund (HLEND) adlı fondunda bu ilin birinci rübündə investorlar 1,2 milyard dollar civarında çıxarış istəyiblər, amma fond strukturu üzrə rüblük maksimum çıxarış 5 % qəbul edildiyi üçün yalnız təxminən 620 milyon dollar ödənib, qalanları məhdudlaşdırılıb. Bu, BlackRock-un riskdən qorunmaq və likvid olmayan aktivləri zorla satma ehtiyacından yayındırmaq üçün yönləndirilən normal bir mexanizmdir, tamamilə “pullarını toplayıb qaçmaq” kimi deyil. Blackstone da bu istiqamətdə stress yaşayıb, amma o investorların pul çıxarmasını ümumiyyətlə dayandırmayıb. Blackstoneun BCRED adlı kredit fondunda da böyük çıxarış istəyiləri olub və şirkət öz və əməkdaşlarının kapitalını qoyaraq tələbatı ödəyib və çıxarış limitini bir qədər artırıb, beləliklə investorların pullarını çıxarmağına yol verib”.
Akif Nəsirli
Akif Nəsirli bildirib ki, "Blue Owl"un vəziyyəti isə daha çox fondun strukturu və büdcə planlaması ilə bağlıdır: “Bəzi mənbələrdə bu fondun növbəti rübdə adi “rüblük çıxarış” mexanizmini ləğv edib, bunun əvəzinə investorların kapitalını müxtəlif aktivlərin satışı və ya geri ödənişləri əsasında mərhələli şəkildə qaytaracağı bildirilib. Bunun mənası odur ki, investorlar birdəfəlik dərhal pullarını götürə bilmirlər, amma şirkət iddia edir ki, bu qısa müddətdə ümumiyyətlə “qadağa” deyil, bir növ likvidlik planlaşdırılmasıdir. Bu hadisələr həm də özəl kredit bazarında yüksələn likvidlik təzyiqlərinin əlamətidir. Çünki bu fondlar tez satıla bilməyən kreditlərə investisiya qoyurlar və eyni vaxtda çox sayda investor pullarını geri istəyəndə bu balansı təmin etmək çətinləşir”.
İqtisadçı qeyd edib ki, bu xəbərlər tamamilə uydurma deyil, amma real mənada “hər şeyi bağlayıb nağd pul çıxarmağa qəti qadağa qoyublar” demək də səhvdir: “Həqiqətən baş verən odur ki, bəzi xüsusi fondlarda likvidlik mexanizmləri limitlər tətbiq edir və investorların dərhal çıxışını məhdudlaşdıra bilir, bu da müəyyən risklər və narahatlıq doğurur”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.