Qadınlardan ibarət 3x3 basketbol millimiz Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar kubokunda final matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, yarımfinalda ABŞ millisinə 22:20 hesabı ilə qalib gələn komanda həlledi görüşdə Niderland yığması ilə qarşılaşıb. Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb.
Beləlilkə, millimiz turnirin gümüş medalarını qazanıb.
Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta