AZ

Qazaxıstanda referendumda seçici fəallığı 64,43 faizə çatıb YENİLƏNİB

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanda yeni Konstitusiya üzrə keçirilən referendumda saat 16:00-a olan seçici fəallığı 64,43 faiz təşkil edib.

APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Bildirilib ki, saat 16:00-a olan məlumata əsasən, səsvermə siyahılarına daxil edilmiş vətəndaşlardan 8 029 286 nəfər səsvermədə iştirak edib.

Həmçinin qeyd olunub ki, Astana vaxtı ilə saat 16:00-da Vaşinqton, Nyu York və Ottava şəhərlərində yerləşən referendum məntəqələri də fəaliyyətə başlayıb.

Səçici fəallığı bağlı növbəti rəsmi məlumatın saat 18:00-da açıqlanacağı bildirilib.

***

saat 11.02

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən referendumda səsvermənin ilk üç saatı ərzində seçici fəallığı 19,21 faiz təşkil edib.

APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 10:00-a olan ilkin nəticələrə əsasən seçici siyahılarına daxil edilmiş vətəndaşların 19,21 faizi artıq səsvermədə iştirak edib.

Mərkəzi Referendum Komissiyasının üzvü Lyazzat Suindik brifinqdə bildirib ki, saat 10:00-a qədər 2 milyon 393 min 844 nəfər seçki bülletenini alaraq səsvermədə iştirak edib.

Qeyd edilib ki, ümumilikdə ölkə üzrə 12 milyon 461 min 796 vətəndaş referendumda səsvermə hüququna malikdir.

Komissiya növbəti seçici fəallığı barədə məlumatın yerli vaxtla saat 12:00-da açıqlanacağını bildirib.

Xatırladaq ki, martın 15-də Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumu başlayıb.

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev fevralın 11-də imzaladığı fərmanla referendumun martın 15-də keçirilməsini təyin edib.

Konstitusiya islahatlarının başlanğıcı Tokayevin 2025-ci il sentyabrın 8-də xalqa illik müraciəti zamanı Qazaxıstanda birpalatalı parlament yaradılması təşəbbüsü ilə qoyulub. Bu təşəbbüs ölkədə dövlət idarəetmə sisteminin modernləşdirilməsi məqsədilə irəli sürülən konstitusiya dəyişikliklərinin əsasını təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
5
apa.az

9Mənbələr