ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya neftinə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Yaxın Şərqdəki münaqişə fonunda Avropa rəsmiləri Vaşinqtonu neft sənayesinə qarşı sanksiyalar vasitəsilə Moskvaya təzyiq göstərməyə davam etməyə inandırmağa çalışıblar, lakin Ağ Ev nümayəndələri ötən həftə onlara Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etməyəcəklərini bildiriblər.