Qazaxıstanda növbəti prezident seçkiləri mövcud Konstitusiyaya uyğun olaraq 2029-cu ildə keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev referendumda səs verdikdən sonra keçirilən brifinqdə məlumat verib.
Dövlət başçısı konstitusiya islahatlarının hakimiyyət transferinə hazırlıq olması barədə ekspert rəylərinə və vitse-prezident vəzifəsinin təsis edilməsinə münasibət bildirib.
Tokayev qeyd edib ki, bu vəzifə ilə bağlı müxtəlif müzakirələr aparılsa da, cəmiyyətin narahatlığına heç bir əsas yoxdur: