"Nyukasl Yunayted"in müdafiəçisi Lyuis Holl 3 İngiltərə nəhənginin diqqət mərkəzindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Məlumata görə, sözügedən futbolçu "Arsenal", "Mançester Siti", "Liverpul" və "Arsenal"ın transfer siyahısındadır. Bundan başqa, "Leyptsiq" və "Borussiya" (Dortmund) klubları da 21 yaşlı Hollu rənglərinə bağlamağı arzulayırlar.
Mənbə "sağsağanlar"ın gənc arxa xətt oyunçusu ilə vidalaşmaq niyyətində olmadıqlarını, lakin Lyuis özü israr edəcəyi təqdirdə, onun satışından 75-80 milyon avro qazanmağa çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 39 matça çıxan Holl 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nyukasl"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı gənc futbolçunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Toğrul