ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Avropa klublarının hədəfinə düşdü
“Nyukasl”ın gənc müdafiəçisi Lyuis Holl Avropa klublarının diqqətini çəkib.
QOL.az xəbər verir ki, “Caught Offside”ın məlumatına görə, 21 yaşlı futbolçunu “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Leyptsiq” və Dortmund “Borussiya”sının skautları izləyir. Lakin hələlik heç bir klub rəsmi təklif göndərməyib.
Məlumata görə, “Nyukasl” rəhbərliyi isə Holl ilə sağollaşmaq niyyətində deyil və transfer büdcəsini tarazlaşdırmaq üçün digər oyunçuların satışını planlaşdırır. Ancaq klub futbolçu ilə yollarını ayırmağa razılaşarsa, tələb olunan məbləğin 65-70 milyon funt sterlinq (75-80 milyon avro) olacağı bildirilir.
Qeyd edək ki, cari mövsümdə 39 oyunda meydana çıxan müdafiəçi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarket” portalı Hollun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.