AZ

İftar menyusu üçün maraqlı reseptlər

Musavat.com Axşam.az-a istinadla "İftar menyusu"nu təqdim edir:

Əsl vitaminli şorba

Ərzaqlar:

1 stəkan yaşıl mərci
1 ədəd kəvər soğanı
1 ədəd kartof
1 ədəd soğan
1 ədəd kök
1 ədəd çuğundur, kərəviz
2 xörək qaşığı tomat pastası
2 xörək qaşığı duru yağ
duz, qara istiot, kəklikotu

Hazırlanması:

Doğranmışz soğanın üzərinə kəklikotu, duz və qaraistiot əlavə edərək duru yağda soğanlar qızarana qədər qovurun. Əvvəldən suda isladılan mərcini və tomat pastasını əlavə edin və su tökün. Mərci bişdikdən sonra içinə dilimlər halında doğradığınız kök ilə kəvər soğanı və kub şəklində doğradığınız qalan tərəvəzləri də əlavə edərək qaynadın. Tərəvəzlər yumşalana qədər bişirin.

Sarıköklü toyuq

Ərzaqlar:

8 ədəd toyuq budları
1 ədəd rəndələnmiş soğan
4 diş sarımsaq (əzilmiş)
3 xörək qaşığı qatıq
1/2 limon suyu
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı sarıkök

Bişirmək üçün:

4 xörək qaşığı yağ
1 su şüşəsi qaymaq
1 çimdik sarıkök
1 ovuc keşniş (və ya cəfəri)

Hazırlanması:

Toyuq budlarını kiçik dilimlərə kəsin. Bir qabda toyuq, sürtgəcdən keçirilmiş soğan, sarımsaq, qatıq, limon suyu, duz, qara bibər və karri qarışdırılır. 3 saat soyuducuda saxlayın. Böyük bir tava qızdırın və toyuqları hər iki tərəfini azca yağda 3-4 dəqiqə qızardın. Qızardılmış toyuğun üstünə qaymaq və sarıkök əlavə edin, vam odda bişirin. Üzərinə keşniş töküb süfrəyə verin.

Kök keksi

Tərkibi:

6 əd böyük ölçülü kök
10 əd xurma
3 x/q aqava siropu
2 x/q yulaf əzməsi
2 x/q kətan toxumu
1 ç/q qoz ləpəsi
1 x/q darçın

Üzəri üçün:

2 x/q rəndələnmiş kokos.

Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın.

Seçilən
20
moderator.az

1Mənbələr