Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Şəki, 15 mart, AZƏRTAC
Martın 15-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirakı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin rayon turu keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, şimal-qərb bölgəsi üzrə 6 mərkəzdə təşkil olunan olimpiada və müsabiqələrin rayon turunda ümumilikdə 3185 şagird iştirak edib. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, fənn müsabiqələri isə VI və VII sinif şagirdləri üçün təşkil olunub. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahan veriblər.
Müsabiqələrin əsas məqsədi istedadlı şagirdləri aşkar etmək, onların məntiqi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və şagirdlərlə məqsədyönlü iş aparmaqdır.











Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.