Nigeriyanın Plateau ştatının Qarqa bölgəsində silahlı hücum baş verib.
"Cebheinfo.az" xəbər verir ki, silahlı dəstə üzvləri patrul xidmətində olan əsgərlərə və yerli təhlükəsizlik işçilərinə hücum ediblər.
Nəticədə 12 əsgər və 8 yerli təhlükəsizlik işçisi həlak olub.
Məlumata görə, xeyli sayda təhlükəsizlik işçiləri isə yaralanıb.
"Cebheinfo.az"