AZ

Roma Papasından ÇAĞIRIŞ: “Atəşi dayandırın!”

Roma Papası XIV Leo çağırış edib.

Bizim.Media xəbər verir ki, o, Yaxın Şərqdə atəşi dayandırmağa, dialoqu bərpa etməyə çağırıb.
 

XIV Leo Yaxın Şərq xalqlarının iki həftədir müharibənin dəhşətli zorakılığından əziyyət çəkdiyini, minlərlə günahsız insanın həlak olduğunu, çoxlu sayda insanın evlərini tərk etməyə məcbur qaldığını deyib.


Papa Livandakı vəziyyətin də ciddi narahatlıq doğurduğunu vurğulayıb.

“Atəşi dayandırın! Qoy dialoq yenidən başlasın! “Zorakılıq heç vaxt insanların gözlədiyi ədalətə, sabitliyə və sülhə gətirib çıxarmayacaq”, - deyə o əlavə edib.

Bizim.Media

Seçilən
2
6
bizim.media

9Mənbələr