Xaçmaz-Quba yolunda "KamAz" markalı yük maşını ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hadisə yolun ensiz hissəsində baş verdiyinindən digər nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə yolda uzun tıxac yaranıb.
Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.