AZ

Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir

Azərbaycan Xarici İşlər Nazirliyi 15 mart tarixində qeyd olunan Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə bəyanat yayıb.

"Yeni Sabah" xəbər verir ki, XİN-in "X" sosial şəbəkə hesabında dərc olunan bəyanatında mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqlik bir daha vurğulanıb.

Qeyd olunub ki, insanların dini inanclarına görə onlara qarşı nifrət və ayrı-seçkilik insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır və belə halların cəmiyyətlərdə yeri yoxdur.

Həmçinin bildirilib ki, İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır və bu dinin yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir.

Sənəddə vurğulanıb ki, dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacibdir.


Telegram kanalımız
Seçilən
38
2
yenisabah.az

3Mənbələr