Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, Viktor Orban ölkəyə rəhbərlik etdiyi müddətdə Ukrayna Avropa İttifaqına üzv ola bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu bəyanat Budapeştin Kiyevin Aİ üzvlüyünə qarşı sərt xəttini davam etdirdiyini göstərir.
Siyyarto həmçinin vurğulayıb ki, “Kiyev Budapeştdən pul almayacaq” və “heç bir macar əsgəri Ukrayna ərazisinə göndərilməyəcək”. Macarıstan parlamenti də martın 10-da Ukraynanın Aİ-yə qəbuluna, əlavə maliyyə və hərbi dəstəyə qarşı qətnamə qəbul edib.
Son günlər Macarıstan-Ukrayna münasibətləri daha da gərginləşib. Reuters və AP-nin məlumatına görə, Orban hökuməti həm Ukraynanın Aİ-yə inteqrasiyasına qarşı çıxır, həm də müharibə və maliyyə məsələlərini daxili siyasi kampaniyada əsas mövzulardan birinə çevirib.
Bizim.Media