AZ

Rusiyanın İranda daha bir konsulluğu bağlandı

İrandakı münaqişə səbəbindən Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini dayandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə diplomatik qurumun məlumatında deyilir:

 "Mövcud vəziyyətlə əlaqədar olaraq, Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini müvəqqəti olaraq dayandırır. Konsulluq qəbulunun bərpası daha sonra elan ediləcək".

Rusiya vətəndaşlarına kömək üçün qaynar xəttə zəng etmələri tövsiyə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, bundan əvvəl, 8 martda Baş Konsulluq yaxınlıqdakı vilayət qubernatorunun ofisinə edilən hücum nəticəsində zərər görüb.

O, ofis binasında və yaşayış mənzillərində pəncərələrin sındığını və bir neçə işçinin partlayış dalğası nəticəsində geri yıxıldığını, lakin ölən və ya ciddi xəsarət alan olmadığını bildirib.

Seçilən
24
3
unikal.az

10Mənbələr