AZ

Zelenski dron müdafiəsi üzrə yardımın qarşılığında pul və silah istəyir

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az bu barədə Reuters agentliyinə istinadla xəbər verir. Məsələ ilə bağlı jurnalistlərə açıqlamasında Volodimir Zelenski bildirib ki, Ukrayna artıq regiona üç ekspert qrupu göndərib. Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazasına göndərilən qruplar dron hücumlarına qarşı müdafiə sistemlərinin necə işləməli olduğunu qiymətləndirir və məsləhətlər verirlər. “Bu, hərbi əməliyyatlarda iştirak etmək demək deyil. Biz İranla müharibə aparmırıq” , – Zelenski vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə Körfəz ölkələri ilə uzunmüddətli dron sazişləri bağlana bilər. Lakin Ukraynanın yardımının qarşılığında nə qazanacağı ilə bağlı danışıqlar hələ davam edir. “Hazırda bizim üçün həm texnologiya, həm də maliyyə çox vacibdir”, – deyə o qeyd edib. Məlumata görə, Körfəz ölkələri İranın “Şahed” tipli dronlarına qarşı mübarizə aparmaq üçün çoxlu sayda hava hücumundan müdafiə raketləri istifadə edib. Ukrayna isə Rusiyanın dron hücumlarını demək olar ki, hər gün müxtəlif silah sistemləri, o cümlədən daha ucuz və kiçik dronlar və radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirir. Zelenski bildirib ki, ABŞ, eləcə də Avropa, Yaxın Şərq və Afrika ölkələri Ukraynadan bu cür hücumlara qarşı necə mübarizə aparmaq barədə məsləhət istəyib. Bununla belə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton dronların vurulması üçün Ukraynanın köməyinə ehtiyac duymur. Qeyd edək ki, Moskva, Kiyev və Vaşinqton arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılan növbəti sülh danışıqları regionda müharibə başladığı üçün təxirə salınıb. Zelenskinin sözlərinə görə, Vaşinqton gələn həftə danışıqları ABŞ-da keçirməyi təklif edib, lakin Rusiya tərəfi bu təkliflə razılaşmayıb. “Ya görüşün keçiriləcəyi ölkə dəyişdirilməlidir, ya da ruslar Vaşinqtonda görüşə razılıq verməlidir”, – o qeyd edib. Cəbhədəki vəziyyətə gəlincə, Zelenski bildirib ki, Rusiyanın planlaşdırdığı yaz hücumu uğursuzluğa düçar olub. Onun fikrincə, Moskva bu hücumu indiyədək başlamış olmalı idi. R.Əliyeva

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azvision.az

1Mənbələr