AZ

Azərbaycanlı tələbə dünyanın nüfuzlu universitetlərinə QƏBUL OLDU

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəki şəhərindən olan gənc tələbə Yusif Vəliyev dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir neçəsinə qəbul olub.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son olaraq o, “The University of Hong Kong” universitetindən qəbul məktubu alıb.Bu universitet QS World University Rankings siyahısında dünyanın TOP-11 universitetləri sırasında yer alır.

 

Qeyd olunur ki, Yusif Vəliyev Respublika Fənn Olimpiadaları və digər müsabiqələrdə biologiya fənni üzrə 8 dəfə qalib adını qazanıb. Keçən il isə Türkiyənin ən rəqabətli təqaüd proqramlarından biri olan YTB – Türkiye Bursları proqramının “Üstün Başarı Bursu” təqaüdünün qalibi olub.

Yusif Vəliyev həmçinin yaratdığı Lagosta Academy startapı vasitəsilə artıq 3 ildir olimpiada iştirakçılarına dəstək verir.Bundan başqa, onun biologiya sahəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası çərçivəsində 2 elmi məqaləsi dərc olunub.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
bizim.media

2Mənbələr