15 martda SEPAH "Gerçək vəd 4" əməliyyatı çərçivəsində İsrailə qarşı 54-cü raket zərbələri dalğasını həyata keçirib.
"Yeni Sabah" xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yeni zərbələr dalğasında iki tonluq döyüş başlığı ilə təchiz olunmuş “Xürrəmşəhr” superağır raketləri, eləcə də "Xeybərşikən", "Qədr" və "İmad" raketlərinin buraxıldığını elan edib.
Eyni zamanda, “Gerçək vəd 4” əməliyyatı zamanı ilk dəfə olaraq strateji bərk yanacaqlı “Səcil” raketi atılıb./Axar.az
Telegram kanalımız