AZ

Pakistan Əfqanıstandakı terrorçu düşərgələrini dağıdıb

ain.az bildirir, Azvision portalına istinadən.

Bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar X hesabında məlumat verib. Onun sözlərinə görə, əməliyyat zamanı Pakistan ordusu Qəndəhar vilayətində yerləşən texniki dəstək obyektlərini və anbarları da məhv edib. Bildirilib ki, həmin mövqelərdən Taliban və digə silahlı qruplaşmalar Pakistanın mülki əhalisinə qarşı hücumların təşkili üçün istifadə edirdilər. Nazir əlavə edib ki, zərbələr nəticəsində Əfqanıstandakı silahlı birləşmələrin və Fitna əl-Xəvaric qruplaşmasının texniki avadanlıqlarının saxlanıldığı tunel də dağıdılıb. R. Əliyeva

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
azvision.az

1Mənbələr