AZ

Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə və Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu gün saat 18:00-dan 21:00-dək olan müddətdə Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Seçilən
6
6
ikisahil.az

10Mənbələr