AZ

Fernandeş Bekhemin rekordunu qırdı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fernandeş Bekhemin rekordunu qırdı

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş klubun tarixinə düşməyi bacarıb.

QOL.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Aston Villa"ya qarşı keçirilən və "qırmızı şeytanlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçda portuqaliyalı yarımmüdafiəçi iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla da Bruno bu mövsüm Premyer Liqadakı məhsuldar ötürmələrinin sayını 16-ya çatdırıb. O, bu göstərici ilə klubun əfsanəsi Devid Bekhemin rekordunu qırıb. Bekhem 1999/2000-ci illər mövsümündə "Mançester Yunayted"in heyətində Premyer Liqada 15 məhsuldar ötürmə müəllifi olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
4
qol.az

8Mənbələr