AZ

ABŞ “A-10 Thunderbolt II” təyyarələrini İran dronlarına qarşı istifadəyə başlayıb

Bakı. Trend:

ABŞ-nin Yaxın Şərqdəki silahlı qüvvələri yerüstü bölmələrəbirbaşa aviasiya dəstəyi üçün nəzərdə tutulmuş “A-10 ThunderboltII” hücum təyyarələrini İranın zərbə pilotsuz uçuş aparatlarına(PUA) qarşı mübarizə məqsədilə tətbiq etməyə başlayıb.

Trend xəbər verirki, bu məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının(CENTCOM) açıqlamaları ilə təsdiqlənir.

Hücum təyyarələrinin döyüş uçuşu zamanı sosial şəbəkələrdəyayımlanan fotolarda qanadların altında dronları məhv etmək üçünlazer istiqamətləndirmə sistemi ilə təchiz olunmuş “APKWS II”idarəolunan raketlər, həmçinin PUA-ların məhv edilməsi üçünistifadə edilə bilən “Sidewinder” tipli “hava-hava” raketlərigörünür. Təyyarə eyni zamanda ştat üzrə yeddilüləli fırlanan blokamalik 30 mm-lik “GAU-8” aviasiya topu ilə silahlanıb.

Hazırda İordaniya ərazisində yerləşən “Muvaffaq Salti” hərbihava bazasında 10 təyyarədən ibarət “A-10” hücum təyyarələrieskadronu dislokasiya olunub.

Seçilən
84
az.trend.az

1Mənbələr