AZ

Azərbaycan güləşçisi Serbiyada qızıl medal qazanıb YENİLƏNİB 2

Zrenyanin, 15 mart, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Tornike Mikeladze ilə qarşılaşıb və rəqibini 3:2 hesabı ilə məğlub edib.

Bununla da Elmin Əliyev Avropa çempionu olub.

22:05

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Fərahim Mustafayev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə rumıniyalı Leonard Petrunu məğlub edib.

21:57

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında üçüncü olub.

AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu ilə qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bununla da Fərid bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev

Seçilən
60
4
azertag.az

10Mənbələr