Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Savat Federasiyasının təşkilatçılığı ilə Bakıdakı Ramana İdman Mərkəzində savat assault idman növü üzrə şəhid Atayev Nicat Habil oğlunun xatirəsinə həsr olunmuş açıq turnir keçirilib.
Gədəbəy İdman Klubu İctimai Birliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, turnirdə iştirak edən 4 gədəbəyli idmançı əla nəticə göstərib. Uşaqlar arasında Murad Vəlizadə, Zəfər Kazımlı, gənclər arasında Nihad Qasımov, Yusif İbrahimov bütün görüşlərdə qalib gələrək yarışı qızıl medalla başa vurublar.
Müxbir - Vüsalə Cənnətova







Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.