AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı Xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Yazını böyüt
Yazını kiçilt

Martın 15-də Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əs-Səud Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Hafta.az yazır ki, XİN-dən verilən məlumata görə, nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib.

Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəfə alınmamasının zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bununla yanaşı, nazirlər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
27
19
hafta.az

10Mənbələr