AZ

Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış

Özbəkistanda, Səmərqənd vilayətinin Koşrabad rayonunda yaşayan Onarxol Kubayeva indiyədək SSRİ pasportu ilə yaşasa da, nəhayət Özbəkistanın ID-kartını alıb.

Ölkə.az xəbər verir ki, Kubayeva 1972-ci ildə Nuratada anadan olub.

Onun sözlərinə görə, ailə problemləri səbəbindən uzun illər pasportunu dəyişə bilməyib.
Martın 14-də yerli hakimiyyət orqanları qadına ilk Özbəkistan şəxsiyyət vəsiqəsini rəsmiləşdirməkdə kömək edib.

Beləliklə, Kubayeva rəsmi şəkildə müstəqil Özbəkistanın vətəndaşı olub və artıq ölkənin ID-kartını daşıyacaq. (Bizim.Media)

Seçilən
1
3
olke.az

10Mənbələr