AZ

​”Fənərbaxça”da üsyan: Tedeskoya qarşı çıxdılar

Türkiyə çempionatının 26-cı həftəsində “Karagümrükspor”a məğlub olan “Fənərbaxça”da gərginlik davam edir.

NOCOMMENT.az xəbər verir ki, klub rəhbərliyinin baş məşqçi Domeniko Tedeskonu istefaya göndərməsi bəzi ulduz futbolçuların narazılığına səbəb olub.

Bu qərara ən çox etiraz edən isə ulduz futbolçu Kerem Aktürkoglu olub. Son vaxtlar oyunu yarımçıq tərk etməsi, bəzən isə meydana əsas heyətdə çıxmaması Keremlə baş məşqçi arasında dərin uçurum yaradıb. Analoji halın “Karagümrükspor” matçında təkrarlanması ziddiyyətləri bir qədər də kəskinləşdirib. Kerem Aktürkoğlunun oyundan sonra stadionu komanda yoldaşları ilə deyil, şəxsi avtomobilində tərk etməsi də bununla əlaqələndirilir.

Qeyd edək ki, “Fənərbaxça”nın ulduzları Musaba və Oğuz Aydın da baş məşqçi Domeniko Tedeskonun fəaliyyətindən narazıdır. Türkiyə mediası bu futbolçuların Keremlə birlikdə Tedeskoya qarşı “üsyan bayrağı” acdıqlarını yazıb. “Fənərbaxça” martın 13-də “Karagümrükspor”a 0:2 hesabı ilə məğlub olduğu üçün azarkeşlər klub prezidenti Sadettin Saranın və baş məşqçi Domeniko Tedeskonun istefasını tələb edirlər. /metbuat.az/

Seçilən
9
1
nocomment.az

2Mənbələr